00:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik Kilsəsi açıq şəkildə homoseksual olan insanları keşiş kimi qəbul edəcək.

Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, müvafiq tövsiyələr İtaliya Yepiskoplarının Konfransı tərəfindən təsdiqlənib.

Yeni qaydalara əsasən, kahinliyə namizədin cinsi seçimi “şəxsiyyətinin bir aspekti kimi” nəzərə alınmalıdır. Bununla belə, subay olmaq şərti kahinliyə bütün namizədlərə aiddir.

İtaliya yepiskoplarının sözlərinə görə, sənəd hələ ötən ilin noyabrında təsdiqlənib.


Müəllif: Arzu

Oxşar xəbərlər