ABŞ-nin yeni prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İsraildə baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.
KİV-in məlumatına görə, Donald Tramp yanvarın 20-də andiçmə mərasimində Qəzzada əsir götürülən və Fələstinin Həmas hərəkatının əlində olan girovların azad edilməsi ilə bağlı razılığa gəlmək istəyir. Vitkoff hər iki tərəfi belə bir razılaşma əldə etmək üçün çeviklik göstərməyə çağırıb.