14:15
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının tikintisi üçün Bakı şəhərində ayrılmış torpaq sahəsinə baxış keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb. Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.

***

13:20

Gürcüstanın Azərbaycandakı səfirliyi üçün yeni binanın inşası üçün Bakının mərkəzində 3 450 kv. metr torpaq sahəsi ayrılıb.

Teleqraf.com xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana səfəri çərçivəsində hökumət üzvləri və Əli Əsədovla birgə sahəyə baxış keçirib.

Yeni binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər