18 Yanvar 17:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Araz-Naxçıvan” klubunun və Azərbaycan milli komandasının futbolçusu Bəxtiyar Həsənalızadə zədələnib.

Teleqraf.com xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan Premyer Liqasında XIX turun “Zirə”yə qarşı səfər matçının 61-ci dəqiqəsində ayağından xəsarət alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, mərkəz müdafiəçisi oyunu davam etdirə bilməyib. Bir nəfər azlıqda davam edən “qırmızı-ağlar”da Həsənalızadəni 66-cı dəqiqədə Vadim Abdullayev əvəz edib.

Qeyd edək ki, hazırda ev sahibləri hesabda öndədir - 1:0.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər