18 Yanvar 17:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının hesabat-seçki qurultayı keçirilib.

Teleqraf.com- un Türkiyə bürosu xəbər verir ki, İstanbul şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VII hesabat-seçki qurultayı keçirilib.

İki gün davam edən qurultayda TADEF-ə üzv olan 24 dərnəyi təmsil edən 106 nümayəndədən 90 nəfəri istirak edib. 24 dərnəkdən 5-i İstanbul, 3-ü Qars, 3-ü Ankara, 2-si Adana, 2-si Kocaeli şəhərlərini, Eskişehir, Bilecik, Karabük, Antalya, Ədirnə, Hatay, Balıkəsir, Manisa va İzmir şəhərlərinin hər birini isə bir dərnək təmsil edib.

Sonra TADEF rəhbərliyinin hesabatı dinlənilib, federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib. İş adamı Ədalət Turan yekdiliklə yenidən növbəti müddətə TADEF rəhbəri seçilib.

Həmçinin, bir qrup diaspora fəalı “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

Təltif olunanlar, diaspora fəaliyyətində göstərilən diqqət və qayğıya görə, Azərbaycan hökümətinə öz minnətdarlığını bildiriblər.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Azərvaycan Diaspora Komitəsinin Sədri Fuad Muradov bu il həyata keçiriləcək layihələrdən danışıb:

“Bu il keçiriləcək Avropa Həkimlər Formuna avropa ilə yanaşı, Türkiyədə yaşayan həkimlərimizi də dəvət etməyi düşünürük. İki aydan sonra həm Türkiyədə həm avropada yaşayan həkimlərimizlə görüşümüz baş tutacaq. Həmçinin Amerikada yaşayan azərbaycanlı həkimlər tərəfindən də forum üçün müraciətlər almışıq.“

Diaspora sədri Türkiyədə yaşayan azərbaycanlıların məktəb probleminə də toxunub.

“Tədrisə başlamaq üçün ilk növbədə sənədsiz şəxslər pasportla təmin edilməlidir. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi iş ondan ibarətdir ki, tez bir zamanda kimlik məsələsi həll olunsun. Əsasən də ilk növbədə valideynlər, daha sonra onların övladları şəxsiyyət vəsiqəsi ilə təmin olunacaq. Bu istiqamətdə artıq 7 mindən çox şəxsə şəxsiyyət vəsiqəsi təqdim olunub. Bu 90- cı illərdən qalan problemi Azərbaycan və Türkiyə dövləti birgə həll edir. Məktəblə bağlı danışıqlar isə Azərbaycan və Türkiyə təhsil nazirlikləri arasında aparılır. Bizim hökumətlərarası komissiyada bu məsələlər bir neçə dəfə müzakirə olunub”, - deyə F.Muradov söyləyib.

Qeyd edib ki, Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk Dövlətləri Təşkilatıdır” fikrini əsas tutmalı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin diaspor təşkilatları ilə əlaqələri dərinləşdirməli və vahid platformadan çıxış etməlidirlər.
Sonda bir qrup diaspor fəalına təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər