12:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son iki oyunu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, əvvəlcə “Kəpəz” Tovuz şəhər stadionunda “Turan Tovuz”la üz-üzə gələcək. Gəncə şəhər stadionu təmirdə olduğu üçün hər iki komanda ev oyunlarını bu arenada keçirir. Görüş həm də Qərb derbisi xarakteri daşıyır.

Hərçənd, hazırda komandalar turnir cədvəlinin fərqli qütblərində yerləşirlər. "Turan Tovuz" qış təlim-məşq toplanışını xaricdə keçən yeganə komandadır. Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv hazırda 18 oyundan 32 xalla 4-cü pillədə qərarlaşıb və yenidən 3-cü pilləyə qayıtmaqdan ötrü qələbə qazanmalıdır.

"Kəpəz" isə 18 oyundan 11 xalla sonuncu - 10-cu pillədə yer alıb.

Hər iki komanda ötən gün keçirilmiş oyunlardan sonra bir pillə geriləyib. Bu, "Zirə"nin evdə "Araz Naxçıvan"a 1:0, "Səbail"in isə səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlməsi nəticəsində baş verib.

İlk oyun günündə idə "Qarabağ" "Şamaxı"ya 3:2 hesabı ilə qalib gələrək, liderliyini daha da möhkəmləndirib. Hazırda 50 xala malik Ağdam komandası ən yaxın rəqibi "Araz Naxçıvan"dan 11 xal irəlidədir.

Azərbaycan Premyer Liqası
III dövrə, XIX tur

19 yanvar
16:00. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kamran Bayramov, Əli Əliyev
VAR: Rauf Cabbarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Asim Xudiyev
Tovuz şəhər stadionu

18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
"Neftçi Arena".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər