İşğaldan azad olunmuş ərazilərində bələdiyyə seçkiləri keçirilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçkilərin keçirilməsi üçün həmin ərazilərdə əhali məskunlaşmalıdır: "Ümid edirəm ki, növbəti seçkilər bütün ölkə ərazisində baş tutacaq".
MSK sədri qeyd edib ki, bələdiyyə seçkiləri digərlərindən fərqli olduğu üçün nəticələr, ola bilər, bir gün sonra açıqlasın:
"Bələdiyyə seçkiləri parlament və prezident seçkilərindən fərqlidir. Nəticələrin açıqlaması zaman ala bilər. Ola bilər ki, nəticələr yanvarın 30-da açıqlansın".