Ötən il Azərbaycan Gürcüstandan 237 min litr şərab idxal edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.
İllik müqayisədə Azərbaycan qonşu ölkədən şərab idxalını 34% artırıb.
Hesabat ilində Gürcüstan 72 ölkəyə təqribən 95 mln. litr şərab ixrac edib. İxracdan əldə olunan gəlir 276,1 mln. ABŞ dollarına bərabər olub. İllik müqayisədə ixracın həcmində 6%, gəlirdə isə 7% artım qeydə alınıb.
Gürcüstandan ən çox şərab tədarük edən ölkələrin ilk beşliyinə Polşa (6,7 mln. litr), Almaniya (1,28 mln. litr), ABŞ (1,2 mln. litr), Litva (707 min litr) və Böyük Britaniya (425,6 min litr) daxil olub.