Müdafiə naziri general-polkovnik Zakir Həsənov 20 yanvar hadisələrinin 35-ci ildönümüylə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Qeyd edək ki, Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxdığı və qanlı tarix yazdığı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən 35 il ötür.