08:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya hökumətinin başçısı Marçel Çolaku, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına baxmayaraq, baş nazir Benyamin Netanyahunu Buxarestə dəvət edib.

Teleqraf.com xəbər verir ki, Rumıniya prezidenti bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Rumıniya və İsrail strateji əhəmiyyət kəsb edən əlaqələri bölüşürlər, buna görə də həmrəylik ikitərəfli əlaqələrin bir hissəsidir.

Çolaku qeyd edib ki, hər iki dövlət sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərini davam etdirəcək, iqtisadiyyat və təhlükəsizlik sahəsində müxtəlif layihələr həyata keçirəcək.

Baş nazir bildirib ki, Netanyahu Rumıniya və İsrail nazirlər kabinetlərinin birgə iclası üçün Buxarestə gələcək .


Müəllif: Arzu

Oxşar xəbərlər