Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, digər aidiyyəti qurumlarla da birgə cinayət işi açılıb, istintaq davam edir:
"Belə halların baş verməməsi üçün Baş Prokurorluq qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır".