Azərbaycanda polis əməkdaşları narkotiklərlə bağlı əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 18-də və 19-da ümumi çəkisi 81,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 75,4 kiloqramdan artıq marixuana, 2,5 kiloqrama yaxın heroin, 3,4 kiloqrama yaxın metamfetamin, həmçinin 3530 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.