"ABŞ-ın yeni prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs sazişinin bağlanmasına müsbət təsir edib".
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar "CNN" telekanalına müsahibəsində bildirib.
“Şübhə yoxdur ki, Amerikanın səyləri və prezident Trampın seçkidən dərhal sonra verdiyi güclü mesaj böyük fərq yaratdı", - nazir deyib.
Saar əlavə edib ki, nə Tramp, nə də ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası İsraili onun iradəsinə zidd olaraq belə bir qərar verməyə məcbur etməyib.