10:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

“Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk", – o, “x” hesabında yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər