Ötən il Gürcüstan Azərbaycandan olan turistlərdən 168,5 milyon ABŞ dolları gəlir əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.
Sənədə əsasən, gəlirdə illik müqayisədə 18,1% artım qeydə alınıb.
2024-cü ildə Gürcüstan beynəlxalq turizmdən ümumilikdə 4,42 milyard ABŞ dolları həcmində gəlir götürüb ki, bu da illik müqayisədə 7,3% çoxdur.