11:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda hər üç ölkə özünə uyğun sübutları toplayıb birgə təhlil ediməsi, təqsirli şəxslərin müəyyən olunması istiqamətində işlər görür.

K.Əliyev həmçinin hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi barədə də danışıb.

Baş prokuror bildirib ki, hazırda iş məhkəmənin icraatındadır: “Məhkəmə prosesi Azərbaycan qanunlarına və beynəlxalq konvensiyalara uyğun qaydada davam edəcək”.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər