Ötən il “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri Gürcüstana 412 980 sərnişin daşıyıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.
İllik müqayisədə sərnişinlərin sayında 27,4% artım qeydə alınıb.
2024-cü ildə AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 6% təşkil edib. Azərbaycanın milli aviadaşıyıcısı bu göstərici ilə Gürcüstana ən çox sərnişin daşıyan şirkətlərin ilk beşliyinə daxil olub.
Hesabat ilində xarici aviaşirkətlər Gürcüstana, ümumilikdə, 7,4 milyon sərnişin daşınması həyata keçirib ki, bu da illik müqayisədə 24% çoxdur. Qonşu ölkəyə daşınan sərnişinlərin sayına görə ilk üçlükdə “Wizz Air” (1,2 milyon nəfər), “Türk Hava Yolları” (553 349 nəfər) və “Pegasus” şirkəti (546 211 nəfər) yer alıb.