Sanksiyalar Rusiya və İran arasında hərtərəfli strateji əməkdaşlıq haqqında sazişin bağlanmasına maneə olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.
"Sanksiyalar heç vaxt dövlətlər arasında münasibətlərin genişlənməsinə əngəl olmayıb. Müqavilənin bağlanması hökumətlərin nəzərə alınan ehtiyaclarına və ikitərəfli səviyyədə mövcud imkanların qiymətləndirilməsinə əsaslanır. Nəticənin necə olması vacibdir. Nəticə də var, mətnə baxıb orada nələrin olduğunu görə bilərsiniz”, - XİN rəsmisi deyib.