25 Yanvar 20:59
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Pit Heqseti Pentaqonun yeni rəhbəri kimi and içdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat qrupu jurnalistləri tərəfindən yayılan məlumatda bildirilib.

ABŞ vitse-prezidenti vurğulayıb ki, Pentaqonun yeni rəhbəri döyüş əməliyyatlarında iştirak edən amerikalı hərbçilər arasında hörmət qazanıb.

Xatırladaq ki, ABŞ Konqresinin Senatı cümə günü Heqseti müdafiə naziri vəzifəsinə təsdiq edib. Yuxarı palatada onun namizədliyi ilə bağlı səslər bərabər bölündüyü üçün Vens öz səs vermək hüququndan istifadə edib. O, ABŞ Konstitusiyasına əsasən Konqresin yuxarı palatasına sədrlik edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər