25 Yanvar 21:37
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp daim Ukraynadakı münaqişəyə son qoymaq istədiyini bəyan etsə də, əslində müharibəni bitirmək üçün real planı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

“Sadəcə olaraq müharibəni bitirmək istədiyini deyir. Bunun necə olacağını hələ bilmirik. Detallardan məlumatsızıq. Düşünürəm ki, prezident Trampın özü də bütün təfərrüatları bilmir”, - deyə Zelenski bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər