25 Yanvar 23:16
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu fevralın birinci yarısında Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

Məlumata görə, Netanyahu ilə Tramp arasında görüş hətta Qəzza zolağından girovların azad edilməsi ilə bağlı sazişin birinci mərhələsi başa çatmamış da keçirilə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər