00:44
212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində həbs olunanların sayı 18-ə çatıb.

Teleqraf.com "A haber"ə istinadən xəbər verir ki, məhkəmə bazar günü Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülənər, Xilasetmə Müdirinin müavini Kənan Coşkun və Xilasetmə İdarəsinin məsul işçisi İrfan Acarın həbsinə qərar verib.

Həmçinin daha 4 şübhəli saxlanılıb.

Saxlanılanlar arasında otelin sahibi və meneceri, bir neçə işçi və yerli məmurlar da var. Onlardan bəziləri barəsində prokurorluq həbs qətimkan tədbiri seçib və məhkəmənin qərarı ilə təsdiqlənib.

Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın yanvarın 21-nə keçən gecə baş verib. Hadisə nəticəsində 79 nəfər ölüb, 50 nəfərdən çox şəxs müxtəlif dərəcədə xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər