27 Yanvar 11:32
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş Prokurorluğu keçmiş baş nazir, müxalif “Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariyaya zərərçəkmiş statusu verib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, siyasətçinin vəkilləri istintaq materialları ilə tanışlıq imkanı əldə ediblər.

Xatırladaq ki, sabiq baş nazir yanvarın 15-də Batumidə fiziki təzyiqə məruz qalıb. Faktla bağlı zorakılıq maddəsi üzrə istintaq aparılır. G.Qaxariyaya “Gürcü Arzusu” partiyasının deputatı Dmitri Samxaradze zərbə endirib. Hakim partiyadan qarşıdurmaya G.Qaxariyanın səbəb olduğu bildirilib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər