27 Yanvar 15:33
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

BƏƏ-nin “EMAAR Group” şirkəti Gürcüstana 6 milyard dollar həcmində investisiya yatıracaq.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə BƏƏ-də səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, misli görünməmiş sərmayələrlə bağlı bu gün Əbu-Dabidə memorandum imzalanıb.

“Çox maraqlı layihə reallaşdırılacaq. Tbilisi, Batumi və Qonioda çoxfunksiyalı infrastruktur inkişaf etdiriləcək”, - İ.Kobaxidze qeyd edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər