Gürcüstanın diplomatik pasport sahibləri üçün Avropa İttifaqına (Aİ) vizasız gediş-gəliş rejimi dayandırılıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bununla bağlı qərar Aİ Xarici İşlər Nazirlərinin bu gün keçirilən iclasında qəbul edilib.
“Azadlıq radiosu”nun Avropa üzrə redaktoru Rikard Jozviak “X” hesabında yazıb ki, qərar yaxın günlərdə qüvvəyə minəcək. O, Slovakiya və Macarıstanın qərarın qəbuluna qarşı çıxdıqlarını qeyd edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu qərarı texniki və simvolik adlandırıb.
“Biz Avropa İttifaqına viza ilə və ya vizasız gedə bilərik”, - deyə o, jurnalistlərə açıqlamasında bildirib.