NATO Müttəfiq Dəniz Komandanlığı (NATO Maritime Command) Aralıq dənizində keçirilən birgə hərbi təlimlərdən foto paylaşıb.
Teleqraf.com xəbər verir ki, NATO Türkiyə Hava Qüvvələri və türk donanmasının iştirakı ilə keçirilən "Dəniz mühafizə hərəkatı" təlimindən paylaşım edib.
"Aralıq dənizindəki "Dəniz mühafizə hərəkatı" təlimi çərçivəsində Türkiyə hava qüvvələri və donanması birlikdə əməliyyat gerçəkləşdirdi. Dənizdə terrorçuluqla mübarizəni gücləndirmək, güclərimizi birləşdirərək dənizdə təhlükəsizliyin təmin edilməsi əsas məqsədimizdir", deyə məlumatda qeyd olunur.