3 Fevral 23:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Binyamin Netanyahunun cümə axşamı günü başa çatması planlaşdırılan ABŞ səfərinin müddəti şənbə gününə qədər uzadılıb.

Teleqraf.com xəbər verir ki, səfər müddətinin uzadılması "ABŞ rəsmilərinin çoxsaylı görüş tələbləri" ilə əlaqələndirilib.

Netanyahunun sabah ABŞ prezidenti Donald Trampla görüşəcəyi gözlənilir.

Səfəri uzadıldığı üçün Netanyahu Qəzza zolağında atəşkəs razılaşması əsasında növbəti məhbus mübadiləsi vaxtı İsraildə olmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər