3 Fevral 21:03
242
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə Türkiyənin cənub-şərqindəki Kahramanmaraş, Pazarcık və Elbistanda baş vermiş güclü zəlzələlər nəticəsində evsiz qalan adıyamanlılar yeni evlərinə qovuşublar.

Teleqraf.com-un Türkiyə bürosunun Adıyamana ezam olunan əməkdaşı xəbər verir ki, müasir standartlara cavab verən binalar şəhərin zəlzələyə dayanıqlı ərazilərində inşa edilib. Adıyaman valisi Osman Varol media nümayəndələri üçün keçiridiyi brifinqdə bildirib ki, fəlakətdən zərər çəkmiş vətəndaşların əsas ehtiyaclarının ödənilməsi və yerli iqtisadiyyata dəstək məqsədi ilə 16.648 nəfərə aylıq 4500 lirə ödənişlər verilib. Vali qeyd edib ki, bugünədək 36 436 ev püşkatma yolu ilə sahiblərinə təhvil verilib.

Onun sözlərinə görə, qədər Adıyaman sakinlərinə yardım və yenidənqurma üçün 10 milyard 364 milyon 855 min 502 lirə xərclənib.

Xatırladaq ki, Türkiyənin 11 şəhətində böyük tələfata səbəb olan zəlzələ zamanı Adıyamanda 8561 nəfər həlak olub, 17 min 499 nəfər yaralı xilas edilib. 7 nəfər isə itkin düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər