3 Fevral 22:45
200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın yeni hökuməti ölkədə sabitliyin bərqərar olması üçün əməliyyatlara start verib.

Teleqraf.com xəbər verir ki, Baş Təhlükəsizlik İdarəsinə bağlı qüvvələr ölkənin Deyr əz-Zor əyalətinin şərqində devrilmiş Baas qüvvələri və cinayətkar təşkilatlara qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, Deyr əz-Zorun əl-Cura və Tib əl-Cura məhəllələrində devrilmiş Baas rejimi qüvvələrinə, narkotik və silah qaçaqmalçılarına qarşı genişmiqyaslı əməliyyatlar zamanı çoxlu sayda silah-sursat ələ keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər