Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında davam edən atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan HƏMAS rəsmisi əlavə edib ki, keçən dəfə Qahirədə Misirin vasitəçiliyi ilə davam edən görüşlər zamanı hərəkat qalıcı atəşkəsə razı olduğunu tərəflərin diqqətinə çatdırıb. "Biz vasitəçilərin danışıqların növbəti raunduna başlamasını gözləyirik", deyə məlumatda bildirilir.
İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə mindiyi gündən bəri ümumilikdə 13 israilli və 5 taylandlı girov, o cümlədən 583 fələstinli məhbus azad edilib.