3 Fevral 22:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın baş katibi vəzifəsində dəyişiklik baş verib.

Teleqraf.com-un məlumatına görə, bu posta Cahangir Fərəcullayev təyin olunub.

O, Sərxan Hacıyevi əvəzləyib. S.Hacıyev bundan sonra yalnız AFFA-nın icraçı vitse-prezidenti vəzifəsində çalışacaq.

Qeyd edək ki, Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999 - 2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.

O, 2004 - 2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib.

2019-2020 illərdə "Topaz" şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.

C.Fərəcullayev vəzifəsinin icrasına bu gündən başlayıb.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər