13:38
221
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də Donald Trampın ikinci hakimiyyət dönəmi başlayıb. Qlobal miqyasda yeni Vaşinqton administrasiyası ilə bağlı çağırışlar var. Cənubi Qafqaza aid də müəyyən proqnozlar verilir. Amma Tramp dönəmində Ağ Evin bu bölgəyə daha çox maraq göstərməsi ehtimalı azdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Cənubi Qafqazla bağlı ABŞ-nin hansı xətti əsas götürəcəyi sonrakı proseslərlə də bağlı ola bilər. Amma İranla bağlı hədəfləri elan edilib. Bu daha çox ABŞ-İsrail münasibətlərindən asılıdır”, - deyə o qeyd edib.

Sabiq nazir ABŞ ilə İsrailin İrana qarşı geniş hərbi əməliyyatlara başlaması ehtimalını da dəyərləndirib: “Geniş hərbi əməliyyatlar gözlənilmir. İranın müəyyən hədəflərini vura bilərlər. Bu, o qədər təsirli olmayacaq. Çünki İranın nüvə proqramlarının hamısı yerin altındadır”.

Elmar Məmmədyarov Azərbaycanla Ermənistan arasında sülh prosesinin Tramp dönəmində yekunlaşmasının mümkünlüyünə də toxunub: “Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən iddialar çıxarılmayınca sülh əldə etmək çətin olacaq. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçiriləcəyi gözlənilir. Bu vaxta qədər isə sülhün əldə olunmasında irəliləyiş mümkün deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər