"Kanada ABŞ-nin 51-ci ştatı olarsa, Vaşinqtonun ticarət tariflərindən azad ola və hərbi müdafiəsi təşkil oluna bilər.
Teleqraf.com xəbər verir ki, o, ABŞ-nin avtomobil istehsalı üçün Kanadaya ehtiyacı olmadığını vurğulayıb. Trampın fikrincə, Amerikanın Kanada taxtasına və ya enerjisinə ehtiyacı yoxdur, çünki ABŞ-də hər ikisi daha çoxdur.
Fevralın 1-də Tramp ABŞ-ın üç ən böyük ticarət tərəfdaşı olan Meksika, Kanada və Çindən gələn mallara rüsumlar tətbiq edən sərəncam imzalayıb. Amerika liderinin sözlərinə görə, bu yolla o, qeyri-qanuni mühacirlərin və narkotiklərin ciddi təhlükəsi ilə mübarizə aparmaq istəyir.