19:49
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında (kişilər və qadınlar) stolüstü tennis yarışı keçirilib.

Teleqraf.com olimpiya sistemi üzrə keçirilən yarışda 22 qurumdan 40 kişi, 10 qadın mübarizə apararaq öz bacarıqlarını göstəriblər.

Turnirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin stolüstü tennis üzrə komandasının üzvü əzmkar mübarizə apararaq yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək yarışın çempionu adına layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər