Avropa ölkələri öz hərbi sənayelərini inkişaf etdirməklə müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Polşa Seyminin (parlamentin aşağı palatası) marşalı (spikeri) Şimon Holovniya Estoniya, Latviya, Litva, Polşa və Finlandiya parlamentlərinin sədrlərinin Tartuda keçirilən görüşü zamanı deyib.
"Hazırda Avropa hər il müdafiəyə 75 milyard avro xərcləyir və bu pulun 80%-i Aİ-dən kənara gedir. Bu dəyişməlidir, biz öz potensialımızı, öz imkanlarımızı inkişaf etdirməliyik. Biz nədən qorxmamalıyıq? Biz işimizi mümkün qədər səmərəli şəkildə davam etdirməliyik. Bu, müasir dünyada bütün qorxuların öhdəsindən gəlmək üçün ən yaxşı yol olacaq”.
Holovniyanın sözlərinə görə, Aİ ilə ABŞ arasında ticarət müharibəsi başlayarsa, Avropa ölkələri lazımi cavab verməlidir: “Bizim vətəndaşlarımızı və bazarımızı qorumaq borcumuz var”.