00:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın administrasiyası Konqresdən İsrailə təxminən 1 milyard dollar dəyərində yeni silah və hərbi texnika tədarükünü təsdiq etməyi xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Bura 700 milyon dollardan çox dəyəri olan 4700 bomba və 300 milyon dollarlıq "Caterpillar" zirehli buldozerlərinin satışı daxildir.

Sövdələşmə İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ilə üst-üstə düşür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər