00:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya fantastik məbləğdə vəsait ayırmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, Trampa görə, Bayden Avropa ölkələrindən Ukraynaya ayrılan maliyyənin artırılmasını tələb etməyib, sadəcə olaraq ABŞ vergi ödəyicilərinin pullarını paylayıb.

"Biz Ukraynaya az qala 300 milyard dollar yardım etdik, Avropa isə 200 milyard dollardan daha az verdi. Niyə? Çünki Bayden onlardan heç vaxt pul istəməyib", - Tramp jurnalistlərə deyib.

ABŞ lideri qeyd edib ki, onun administrasiyası hazırda avropalı müttəfiqlərlə Ukraynaya ayrılan vəsaitlərin uyğunlaşdırılmasını müzakirə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər