01:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa öz gücünü həddindən artıq qiymətləndirir və çılğınlaşıb

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov öz Telegram kanalında yazıb.

"Macarıstanın baş naziri Viktor Orban düz deyir, Brüsseldə tam dəlilik hökm sürür", Puşkov əlavə edib.

Rusiyalı siyasətçinin sözlərinə görə, Aİ liderlərinin bəyanatları belə qənaətə gəlməyə imkan verir ki, Avropa ölkələri ABŞ-la ticarət qarşıdurması və Rusiyadan enerji təchizatına qarşı müharibə fonunda Kiyevə maliyyə və hərbi dəstək verməyə davam edəcəklər: "Üstəlik Brüssel Pekindən Moskvaya dəstəyi dayandırmağı və Rusiyaya qarşı çıxmaq üçün iqtisadiyyatı müharibə vəziyyətinə gətirməyi tələb edəcək. Bir sözlə, bütün bunlar birlikdə "vəhşiləşmək” adlanır. Və bunun sonu Avropa üçün yaxşı olmayacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər