02:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp 24 saat ərzində ölkənin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb .

Qəzetin məlumatına görə, sənəd prezidentin Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündən bir gün əvvəl imzalanacaq . ABŞ uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli olmaqda və insan haqlarını pozan hökumətləri ört-basdır etməkdə ittiham edir.

“UNHRC şura iclaslarında ədalətsiz və qeyri-mütənasib şəkildə İsrailə qarşı davamlı qərəzli mövqe nümayiş etdirdi. 2018-ci ildə prezident Tramp BMT-nin İnsan Hüquqları üzrə Komissarlığından çıxdığı zaman... təşkilat Suriya, İran və Şimali Koreyanın birgə qəbul etdiyindən daha çox İsraili pisləyən qətnamələr qəbul edib”, – Ağ Evin bu barədə yaydığı qətnaməsində deyilir.

Həmçinin dövlət katibi Marko Rubio Ağ Ev qarşısında UNESCO, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı barədə hesabat verməli olacaq.

Xatırladaq ki, ABŞ artıq Trampın ilk dövründə BMT İnsan Hüquqları Komissiyasından çıxıb.


Müəllif: Arzu

Oxşar xəbərlər