Rəsmi Vaşinqton Ukraynaya dayandırılmış silah tədarükünü bərpa edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin mənbələrindən verilən məlumata görə, ötən həftənin sonundan yenidən silah və hərbi texnikanın tədarükü başlayıb. Əvvəlcə Donald Tramp administrasiyası Kiyevə hərbi yardımı tamamilə kəsməyi planlaşdırırdı.
Hazırda Amerika hökumətində ABŞ-ın Ukraynaya öz ehtiyatlarından nə dərəcədə silah verməyə davam etməsi ilə bağlı fikir ayrılığı olan qruplar var.