04:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, həmçinin Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından köçürülməsi təklifinə qarşı çıxıb.

Teleqraf.com "Axios" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubioya göndərilən məktubda yazılıb.

Nəşr bildirib ki, məktubda xarici işlər nazirləri fələstinlilərin Qəzza zolağından çıxarılması planını rədd edib, əvəzində fələstinlilərin yenidənqurma prosesinə daxil edilməsini tələb ediblər.


Müəllif: Arzu

Oxşar xəbərlər