"ABŞ və El Salvador miqrasiya ilə bağlı saziş imzalamağa hazırlaşır".
Teleqraf.com "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu El Salvador Prezidenti Nayib Bukele ABŞ Dövlət katibi Marko Rubio ilə görüşündə deyib.
“Hazırlıqları tamamlayırıq. Bu, təkcə ABŞ və Salvador arasında deyil, həm də ABŞ və Latın Amerikası arasında münasibətlərin tarixində misli görünməmiş sazişdir”, - Bukele qeyd edib.
Bukele onu da vurğulayıb ki, ABŞ ilə münasibətlər onun ölkəsi üçün əsas prioritetdir və El Salvadorun əsas vəzifəsi Amerika tərəfi ilə əməkdaşlığı gücləndirməkdir.
"Bilirsiniz, biz prezident Trampa rəğbətimizi gizlətmirik, indi əlaqələrimizi gücləndirmək üçün ən yaxşı vaxtdır", - El Salvador Prezidenti əlavə edib.