Avstraliyada 17 yaşlı qız köpəkbalığı tərəfindən öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avstraliyanın yerli mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Kvinslend ştatının Brisben şəhərinin şimalında baş verib. 17 yaşlı qız Bribi adasındakı məşhur Woorim çimərliyinin sahilindən 100 metr aralıda okeanda üzərkən köpək balığı ona hücum edib.
Hadisənin şahidləri qızı sahilə çıxarıblar. Hadisə yerinə gələn tibb işçiləri ona kömək etməyə çalışsalar da, xilas edə bilməyiblər.