Şahmat üzrə on altıncı dünya çempionu, norveçli Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçi istefaya getməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşımında yazıb.
O bildirib ki, federasiya ilə Sərbəst Şahmat turnirinin təşkilatçıları arasında dünya çempionatlarının keçirilməsi ilə bağlı razılıq əldə olunmadığı üçün vəzifəsini tərk etmək məcburiyyətində qalıb.
Karlsen bildirib ki, Dvorkoviç FİDE-Freestyle Chess müqaviləsi ilə bağlı atası ilə əlaqə saxlayıb:
“Oyunçuların məcburiyyəti, səlahiyyətdən sui-istifadə və pozulmuş vədlər. FIDE prezidenti Dvorkoviç, məni Nyu-Yorkda Rapid & Blitz oynamağa inandırmaq üçün dekabrın 19-da atama yazmısınız. Bildirmişdiniz ki, onlar özləri qərar verə bilərlər və FİDE heç bir mənfi addım atmayacaq. Lakin, oyunçuları qəbuledilməz imtina kağızları imzalamağa məcbur etməklə, vədinizi pozdunuz. İstefa verəcəksiniz?” - Karlsen paylaşımında deyib.