"Polşa hakimiyyəti daha bir neçə rus mülkünü ələ keçirmək istəyir".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev müsahibəsində deyib.
“Hələ də Polşa tərəfinin bizim mülkiyyətimiz kimi tanımaqdan imtina etdiyi bir neçə obyekt var. Onların əmlaklarla bağlı planlarının nə olduğunu hələ bilmirik", - səfir bildirib.