ABŞ prezidenti Donald Tramp administrasiyanın ticarət razılaşmasını təmin etmək üçün Kanada mallarına idxal rüsumlarını dayandıracağını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə o , "Truth Social" sosial şəbəkəsində paylaşımında deyib.
Tramp Kanadaya qarşı tariflərin tətbiqinin 30 gün müddətinə təxirə salındığına aydınlıq gətirib. O, bu nəticədən razı qaldığını vurğulayıb. O, qərarın Kanada ilə qəti iqtisadi razılaşma əldə edə biləcəyimizi görmək üçün verildiyini söyləyib.