Macarıstanda minlərlə insan etiraz aksiyası keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, etirazlar 50-dən çox şəhəri əhatə edib.
Nümayişçilər ölkədə hökm sürən korrupsiya hallarının azaldılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbini səsləndiriblər. Onlar korrupsiyada şübhəli bilinən şəxslərin cəzasız qalmasına etirazlarını bildiriblər. Aksiyalar zamanı hökumət və baş nazir Viktor Orbanın əleyhinə şüarlar səsləndirilib.
Təşkilatçılar nümayişlərin davam edəcəyini açıqlayıblar.
Samir