Britaniyanın maliyyə naziri Corc Osborn hökumətə Yunanıstana maliyyə köməyindən imtina etməyi təklif edəcəyini bildirib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, nazir indiki situasiyanı 2010-cu ildəki vəziyyətlə müqayisə edib – o vaxt baş nazir Kemeron Böyük Britaniyanı avrozonaya maliyyə köməyi edilməsi proqramına cəlb olunmasının qarşısını almışdı.
Artıq ertəsi gün analoji mövqeni – Yunanıstanı üçüncü dəfə bonkrot olmaqdan xilas etməmək istəyini iki Skandinaviya ölkəsi – Danimarka və İsveçin Maliyyə nazirlikləri ortaya qoyub.
Danimarkanın maliiyə naziri Klaus Xyürt Fredireksen və onun isveçli həmkarı Maqdalena Anderson öz mövqelətrini əsaslandırmaq üçün Avropa liderlərinin 2010-cu ildə imzaladıqları sazişə istinad ediblər və bildiriblər kiI, Afinaya Beynəlxalq Valyuta Fondunun pulları getməməlidir.