"Mən ədəbiyyatın partizan funksiyasını qəbul etmirəm".
Bu sözləri Teleqraf.com-a video-müsahibəsində Azərbaycan Dillər Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, yazıçı-esseist Qismət Rüstəmov deyib.
Qismət Rüstəmov ədəbiyyat-zaman-cəmiyyət üçbucağından söz açıb, dünyada gedən çağdaş ədəbi, texnoloji prosesin Azərbaycana təsirindən danışıb, ictimai roman ənənəmizə münasibət bildirib, bütövlükdə incəsənətin böyük sınaq qarşısında olduğunu deyib: "Futuroloqların proqnozlarına görə, 2025-ci ildə dönüşü olmayan proses başlayacaq".
Video-müsahibəni təqdim edirik.