“Ümid edirəm hamı baş nazir Paşinyan “izmlər dövrü bitdi” fikrini xatırlayır. Əlbəttə ki, bu “yeni dövr yaratma” düşüncəsi çox alqış aldı”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan deyib.
“Əslində heç bir səlahiyyətli şəxs “izmlərdən” çəkinməməlidir. Eyni şey “Mənim addımım” blokundan olan baş nazirə də aiddir. Gah Tsitsernakabertini (qondarma soyqırım abidəsi) ziyarət edən saxta bir babanın, gah bir saxta nənənin ayaqlarını öpdü, bir damla qana görə qoluna saxta bir sarğı bağladı. Yalanları və bu saxtakarlıqları sosial şəbəkədə yayıldı. Müharibəni də bu yalanlar və saxtakarlıqlar müşayiət etdi”, - İşxanyan bildirib.
Hüquqşünas Paşinyanın iki ildən çoxdur Ermənistan cəmiyyətini aldatdığını deyib:
“Bu iki il yarım ərzində cəmiyyətimiz yalan və saxtakarlığı daddı, amma təəssüf ki, onu alqışladı. Həqiqətən bunun bir ideologiya, “izm” olmadığını düşünürsən? Bu, açıq bir “izmi” olan bir ideologiyadır və bu “izmə” “feykizm” (saxtakarlıq) deyilir. Bu, “Mənim addımım” blokunun, daha doğrusu onun liderinin əsl ideologiyasıdır”.